İrakli Ğaribaşvili - Avstriya ilə Gürcüstan arasında siyasi əlaqələr ən yüksək səviyyədədir, bugünkü səfər də bunun təsdiqidir 
İrakli Ğaribaşvili - Avstriya ilə Gürcüstan arasında siyasi əlaqələr ən yüksək səviyyədədir, bugünkü səfər də bunun təsdiqidir 

 

Avstriya ilə Gürcüstan arasında siyasi əlaqələr ən yüksək səviyyədədir, bugünkü səfər də məhz bunun təsdiqidir və mən qonağımıza bir daha təşəkkür etmək istəyirəm- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avstriyanın federal kansleri, Karl Nehammer ilə keçirilən birgə mətbuat konfransında açıqlayıb.

“Biz həmçinin ticarət, iqtisadiyyat, turizm, investisiyalar kimi digər istiqamətlərdə də əlaqələrimizi necə dərinləşdirəcəyimizi müzakirə etdik” – deyə Baş nazir qeyd edib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan investisiyalar üçün olduqca maraqlı yerdir.

“Son iki ildə biz ikirəqəmli iqtisadi artıma nail ola bilmişik, 2021-ci ildə 10.5 %, keçən il 10%-a nail olmuşuq ki, bu da təbii ki, ölkəmiz və xalqımız üçün daha da çox layihələr həyata keçirməyə imkan verir. Gürcüstan investisiyalar baxımından cəlbedici ölkələrdən biridir. Biz bizneslə məşğulluğa görə dünyada 7-ci yerdəyik, bürokratiyanın və maneələrin ən az olduğu ölkələrdən biriyik. Biz Avstriya şirkətlərinin və Avstriya investorlarının Gürcüstana gəlişini hər zaman alqışlayırıq”- deyə Baş nazir açıqlayıb.