İrakli Ğaribaşvili - Avropa Şurasının tövsiyyəsi ilə tamamilə razıyam, iqtidar və müxalifət yaxın günlərdə ortaq dil tapa bilməliyik

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bugünki hökümət iclasında martın 15-17-də Brüsselə səfəri barədə danışdı.

Onun dediyinə görə, səfər çərçivəsində Avrokomisiyada, Avropa Şurasında və NATO-da yüksək səviyyəli görüşlər keçiriləcək.

İrakli Ğaribaşvili Avropa Şurasının prezidenti Şarl Mişelə yenə bir daha təşəkkür etdi və qeyd etdi ki, onun dəstəyinə böyük dəyər verir.

“Avropa Şurasının tövsiyyəsi ilə tamamilə razıyam, iqtidar və müxalifət yaxın günlərdə ortaq dil tapa bilməliyik”, – dedi İrakli Ğaribaşvili.