İrakli Ğaribaşvili Aİ-nin Gürcüstandakı yeni səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Aİ-nin Gürcüstandakı yeni səfiri ilə görüşüb

 

Baş nazir İrakli Ğaribaşvili Aİ-nin Gürcüstandakı yeni səfiri Pavel Herçinski ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə tərəflər Avropa İttifaqı və Gürcüstanın assosiasiya gündəliyinin əsas istiqamətlərini nəzərdən keçiriblər.

Qeyd olunub ki, Avropa Şurası Gürcüstana Avropa perspektivi verməklə Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu təsdiqləyib və Avropa Şurasının qərarı Gürcüstanı Aİ-yə üzvlüyə aparacaq yeni mərhələnin əsasını qoyub.

İrakli Ğaribaşvili Gürcüstanın Avropa Şurasının qərarına dərhal reaksiya verdiyini və Avropa İttifaqının 12 prioritetini yerinə yetirmək üçün fəaliyyət planını təqdim etdiyini bildirib. Baş nazir qeyd edib ki, prioritetlər əsasında işçi qrupları yaradılıb və onlara bütün aidiyyəti tərəflər qoşulub.

Görüşdə Avropa İttifaqı ilə Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə olduğu, Gürcüstanın Avropa yolunda qəti şəkildə irəlilədiyi vurğulanıb. Baş nazir Aİ-nin yeni səfirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı dəstəyə görə təşəkkür edib. İrakli Ğaribaşvili Pavel Herçinskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.