İrakli Çikovani - Beynəlxalq tərəfdaşlarımızın müasir gürcü ordusunun formalaşmasında böyük töhfəsi var
İrakli Çikovani - Beynəlxalq tərəfdaşlarımızın müasir gürcü ordusunun formalaşmasında böyük töhfəsi var

 
Müdafiə naziri İrakli Çikovani Gürcüstanın Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı gürcü ordusunun formalaşması və inkişafı prosesində beynəlxalq tərəfdaşların roluna diqqət çəkib və onlara göstərdikləri qətiyyətli dəstəyə görə təşəkkür edib.

Nazir, gələcəkdə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığın daha da güclənəcəyini bildirib.

“Mən onlara Gürcüstana və onun müdafiə qüvvələrinə göstərdikləri qətiyyətli dəstəyə və onilliklər ərzində onun güclənməsinə verdikləri töhfələrinə görə təşəkkür etmək istərdim. Avropanın təhlükəsizlik arxitekturasının təhlükə altında olduğu, Rusiyanın Ukraynada təcavüzkar müharibəsinin davam etdiyi bu gündə tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi önəmlidir. Tərəfdaşlarımızla sıx əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminəm” -İrakli Çikovani bu haqda Vazianidə 4-cü piyada briqadasının təlim poliqonunda Gürcüstanın Müdafiə Qüvvələrinin bütün nümayəndələrini və ictimaiyyəti Müdafiə Qüvvələrinin yaradılması günü münasibətilə keçirilən tədbirdə təbrik edərkən deyib .