İrakli Çikovani - Beynəlxalq medya Gürcüstanın Covid-19-la mübarizədə əldə etdiyi müvəffəqiyyəti qəbul edir
Beynəlxalq medya Gürcüstanın Covid-19-la mübarizədə əldə etdiyi müvəffəqiyyəti qəbul edir və bu çox önəmli və diqqətə layiqdir, – bu barədə bəyanatı Gürcüstanın baş nazirinin xarici məsələlər üzrə müşaviri İrakli Çikovani AvropaPres-in ispan dilli nəşriyyatında yayılan məqalə ilə bağlı verdi.
“Əldə etdiyimiz nəticələr göstərir ki, Gürcüstan öz sərhədlərini ilk açan ölkələrdən biri olacaq və beynəlxalq turistləri layiqli şəkildə qarşılamağa hazır olacaq, – dedi İrakli Çikovani.
Bu haqda məlumatı Gürcüstanın mətbuat xidməti yayır.