İrakli Abesadze - Mirza Subelianiyə əsas suallarımız olacaq ki, istintaq tendensiyalı idi ya yox, çünki onun ailə üzvləri bu faciənin  fiqurantları idilər
İrakli Abesadze - Mirza Subelianiyə əsas suallarımız olacaq ki, istintaq tendensiyalı idi ya yox, çünki onun ailə üzvləri bu faciənin fiqurantları idilər

Xorava küçəsində baş verən qətli öyrənən komissiyanın üzvləri müttəhim – Mirza Subelianini və Tengiz Kalandiyanı həbsxanada sorğu edəcəklər. Dindirilmə bir neçə dəqiqəyə başlayacaq.

“Bu gün istintaq komissiyası Mirza Subelianini və Tengiz Kalandiyanı dindirəcək. Sözsüz ki, sualların əksəriyyəti Mirza Subelianiyə veriləcək. Çünki o, istintaqa qarışırdı”, – İrakli Abesadze bəyan etdi.

Komissiyanın üzvləri Mirza Subelianinin və Tengiz Kalandiyanın açıqlamasını dinləyəcəklər. Mirza Subeliani cinayətin məlumatlandırılmamasına görə, Tengiz Kalandiya isə, cinaytin üstünü ört-basdır etməsinə görə yaxalanıb.

Bununla yanaşı komissiyanın iclası sabah planlaşdırılıb.