İoseb Xaxaleişvili - Destruktiv müxalifətin Kutaisidə dəstəyi olmayacaq
Bu müvəffəqiyyətsiz və kriminal müxalifətin əhaliyi aldatmasının növbəti cəhdidir, – bu sözləri Kutaisi şəhərinin meri İoseb Xaxleişvili meriyanın binasının yanında baş verən faktla bağlı verdi.
Xaxaleişvilinin dediyinə görə, yerli iqtidar qanun çərçivəsində hərəkət edəcək və vətəndaşların sakitliyini qorumağa çalışır.
“Onlar yenə hökümət müəssisəsinə zorakılıqla daxil olmağa çalışdılar. Bunu seçki kampaniyası zamanı da edirdilər və indi də davam edirlər. Əlimizdən gələni edəcəyik ki, onlara vətəndaşların sakitliyini pozmağa icazə verməyək. Destruktiv müxalifətin Kutaisidə dəstəyi olmayacaq” – dedi İoseb Xaxaleişvili.
Bugün müxalifət aktivistləri Kutaisi meriyasının binasına daxil olmağa çalışdılar.
Hüquqmühafizəçilər onlara mane oldular və bir neçə nəfər həbs edildi.
Aksiya iştirakçıları Kutaisi merini requlyasiyaları pozmaqla ittiham edirlər.