İnzibati cəzalardan azad etmə

Birdəfəlik amnistiya aktı bir neçə kateqoriyadan olan vətəndaşlara şamil olunacaq. Parkinqə görə patrul polisi tərəfindən tətbiq olunmuş cərimələri və digər inzibati cərimələri vaxtında ödəmədiyinə görə əlavə cərimələr tətbiq olunan vətəndaşlar əgər fiziki məhdudiyyətli , sosial müdafiəyə ehtiyac duyan şəxslər , veteranlar və məcburi köçkünlər kateqoriyasına aiddirlərsə, o zaman bu cərimələrdən azad olunacaqlar. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış qanunlayihə artıq parlamentə göndərilib.