İnsanı immunodefisit virusundan bir il ərzində qoruya bilən implant yaradılıb
İmunodefisit virusuna yoluxmanın yüksək riski altında olan insanlar bugün pre-ekspozisiya profilaktika medikamentlərini (PrEP) qəbul edirlər. Bu preparat onları virusa yoluxmaqdan xilas edir, ancaq tam deyil.
Ancaq, əlbətdə ki, insan bəzən PrEP vasitələrini içməyi unuda bilər və bu da preparatın effektivliyini azaldır.
Qlobal bio-farmasevt şirkəti “Merk” (Merck) hesab edir ki, bu problemin həlli yolları tapılıb.
Söhbət implantdan gedir, hansı ki, insan orqanizminə yetərli qədər müalicə vasitəsini daxil edir və onu yerləşdirdikdən sonra, hər gün preparatlar qəbul etmək lazım olmur.
“Merk”-in implantı hamiləliyə qarşı olan implantdan çox da fərqlənmir. O təqribən bir kibrit dənəsi boyundadır və dərinin altında, insanın çiynində yerləşdirilir.
Bir neçə gün bundan əvvəl, şirkət implantın klinik tədqiqatlarının ilk fazasının nəticələrini təqdim etdi.
12 həftə davam edən tədqiqat-yoxlanışın sadəcə 12 kişinin üzərində keçirilməsinə baxmayaraq, “Merk” şirkəti pres-relizdə qeyd edir ki, nəticələr olduqca ümid vericidir.
ABŞ-ın Allerji və İnfeksiya xəstəliklərin institutunun direktoru Entoni Fos, tədqiqatda iştirak etmirdi, ancaq deyir ki, nəticlərə optimistik baxır.
“Əgər vaxt sübut etsə ki, implant insan orqanizmini uzun müddət ərzində infeksiyadan qoruya bilir, bu seqmentdə oyun qaydaları tam şəkildə dəyişiriləcək, – deyib Foss New York Times-e.