İnsan Hüquqlarının qorunması komitəsi ombudsmen vəzifəsi üçün Nino Lomcarianın namizədliyini dəstəklədi
İnsan Hüquqlarının qorunması komitəsi, ombudsmen namizədi olaraq, Nino Lomcariayı dəstəklədi.
İnsan Hüquqlarının komitəsi bu qərarı bir neçə dəqiqə bundan öncə verdi.
Gizli səs vermədə, yeddi deputat Nino Lomcariayı dəstəklədi, biri isə, səs verməkdən baş qaçırtdı.
İnsan Hüquqlarının qorunması komitəsinin iclasında parlament əksəriyyətinə daxil olan partiyalar iştirak edirdilər. Müxalifət partiyaları iclasda iştirak etmədilər.
Ombudsmen vəzifəsi üçün Nino Lomcarianın namizədliyini parlament əksəriyyəti təqdim etdi.
İlk olaraq isə, onun namizədliyini qeyri-hökümət sektoru təqdim etmişdi.