İnkluziv teatr truppası "Qlobus" premyera üçün hazırlaşır
İnkluziv teatr truppası "Qlobus" premyera üçün hazırlaşır

İra Koxreidzenin inkluziv teatr truppası – Qlobus premyera üçün hazırlaşır.

İnkluziv teatr Lyuis Kerolun hekayəsi əsasında tamaşa hazırlayır.

“Bilincaltı dünya haqqında rüya” – əsas qəhramanı Alisanın qorxuları və emosiyalarını göstərən tamaşanın adıdır.

Tamaşada bilincaltı dərinliyinə daxil olma prosesi və mərhələləri təsvir edilir.

Sonda isə, əsas qəhraman daha öncə onun üçün sirlərlə dolu olan şeyləri və azadlığı anlamağa başlayır.

Tamaşanın premyerası martın 30-da keçiriləcək.

İnkluziv teatr 2015-ci ildə təsis edildi.

Teatrın məqsədi  məhdud qabiliyyətli şəxslərin ictimaiyyətə inteqrasiyasıdır.