İnfrastruktur Nazirliyi Anaklia Konsorsiumuna müraciət edir ki, ən qısa müddətdə "Konti qrupun" qərb investoru ilə əvəz edilməsi planını təqdim etsin
İnfrastruktur Nazirliyi Anaklia Konsorsiumuna müraciət edir ki, ən qısa müddətdə "Konti qrupun" qərb investoru ilə əvəz edilməsi planını təqdim etsin

“MMC Anaklianın İnkişaf Konsorsiumunun” tenderdə qalib gəlməsinə məhz “Konti qrup” səbəb olmuşdu, – bu barədə bəyanatı Regional İnkişaf və İnfrastruktur Nazirliyi verir.

Nazirliyin bəyanatında, konsorsiumda 42 faizlik hissəyə sahib olan “Konti Qrupun”, “Anaklianın İnkişaf Konsorsiumundan” çıxması ilə bağlı yayılan məlumat və şirkətin çıxma səbəbləri haqqında bəhs edilir.

“Anaklinın İnkişaf Konsorsiumuna” daxil olan şirkətlərdən, Gürcüstan iqtidarı tərəfindən tələb olunan bütün standartları təmin edə bilən yeganə şirkət amerikan “Konti Qrup” şirkəti idi və konsorsiumun tenderdə qalib gəlməsinə məhz o şirkət səbəb oldu.

Tenderdə qalib gəldikdən sonra, “Konti qrup” layihələrin həyata keçirilməsində iştirak etməyib. Konsortsiumda 42 faizlik hissəsi olmasına rəğmən, o nə 120 milyon dollarlıq kapitalının artırılmasında, nə də, əlavə maliyyələrin cəlb olunması üçün aparılan danışıqlarda iştirak etməyib” – deyilir nazirliyinin bəyanatında.

Nazirliyin dediyinə görə, bütün bunlar, “Konti Qrupun” layihədə real olaraq, iştirak etməsi ilə bağlı şübhələr yaradır.

2018-ci ilin dekabrın 6-da isə, “Konti Qrupun” prezidenti Kurt Konti konsortsiumun nəzarət şurasını tərk etdi.

Vəziyyət elə göstərilir ki, güya “Konti Qrupun” layihədən çıxmasından sonra konsorsiumun inşaatında sadəcə gürcü tərəfi müvəffəqiyyətlə iştirak edir, ancaq bu belə deyil.

Anaklia layihəsinin həyata keçirilməsi təcrübəli və maddi cəhəddən güclü olan investor olmadan mümkün deyil və “Anaklianın inkişafı konsorsiumunun” misalında bunu açıq şəkildə görürük.

“Anaklianın inkişafı konsorsiumunun” bu günə qədər nə öz yığdığı kapitalı, nə də, banklardan aldığı kredit haqqında zəmanəti yoxdur. Buna görə də, İnfrastruktur Nazirliyi Anaklia Konsorsiumuna müraciət edir ki, ən qısa müddətdə “Konti qrupun” qərb investoru ilə əvəz edilməsi planını təqdim etsin” –  – deyilir nazirliyin bəyanatında.