İnfeksiyaya yoluxan abiturient Qardabani sakinidir

İnfeksiyaya yoluxan abiturient Qardabani munisipalitetinin sakinidir.

Gürcüstanın Birinci Kanalına Qardabani meri Ramaz Budağaşvilinin verdiyi məlumata görə, abiturientə koronavirus nənəsindən keçib.

Onun məlumatına görə, nənənin bütün kontaktları öyrənilib.

“Qeyd olunan abiturientin ailəsi ilə kontaktda olan hərkəs karantindədir və müvafiq testdən keçdilər. Onun əsas kontaktları da elə öz ailə üzvləridir” – dedi Qardabani meri.