İnfeksiya xəstəxanasında koronavirusa yoluxan 38 pasiyent qalır, onlardan ikisinin vəziyyəti ağırdır

Tbilisinin infeksiya xəstəxanasında bu vaxt üçün 38 infeksiyalı pasiyent müalicə olunur.

Həmin klinikada dünən iki pasiyent sağaldı.

Tibbi direktor Marina Ezuqbaianın bəyanatına görə, iki pasiyentin vəziyyəti bu mərhələdə ağırdır və xəstəliklərinin proqresi müşahidə olunur.

“İki pnevmoniyalı pasiyentimiz var, onların vəziyyəti hələlik stabil deyil. Hətta infeksiyanın proqressi müşahidə olunur. Ümid edirik ki, gələcəyin proqnozu daha yaxşı olacaq” – dedi Marina Ezuqbaia.