İnfeksiya xəstəxanasında koronavirusa yoluxan 37 pasiyent qalır - Kritik pasiyentlərin vəziyyətləri stabilləşdi
İnfeksiya xəstəxanasında koronavirusa yoluxan 37 pasiyent qalır, kritik pasiyentlərin vəziyyətləri stabilləşdi.
Klinikadan dünən yenə üç sağalan pasiyent çıxdı.
Ümumilikdə, bugünə qədər Tbilisi İnfeksiya Xəstəxanasını 90 sağalan pasiyent tərk edib.
Klinikada qalan pasiyentlərin vəziyyətlərinə gəlincə isə, klinikanın tibbi direktoru Marina Ezuqbaianın dediyinə görə, kritik pasiyentlərin vəziyyəti biraz stabilləşib.