“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında fərqli vaxtlarda aksiyalar elan edir
“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında fərqli vaxtlarda aksiyalar elan edir

 
“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında aksiya keçirəcək. Onlar qanunverici orqan yaxınlığında fərqli vaxtlarda aksiyalar elan edirlər.

“İnadlar” hərəkatının yaydığı məlumatda qeyd olunub: “Bu gün, saat 20:00-da parlament qarşısında inadkar müqavimət davam edir”.

“Dapioni”nin yaydığı məlumatda isə saat 19:00-da parlament yaxınlığına toplaşacaqları deyilir.

“Dostlar, hazırlaşın. Bu gün biz çox olmalıyıq və məqsədə çatana qədər dağılmamalıyıq” – deyə “Dapioni”nin yaydığı məlumatda qeyd olunub.

Tbilisidə bir neçə gündür “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları hökumətin dəyişməsini də tələb edirlər.