“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında aksiya keçirir
“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında aksiya keçirir

 

“İnadkar” və “Dapioni” hərəkatları parlament yaxınlığında aksiya keçirir. Aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

“Dapioni” aksiyaya saat 19:00-dan başlayıb, “İnadkar” hərəkatının nümayəndələri isə aksiyanı saat 20:00-dən elan ediblər.

Tbilisidə bir neçə gündür “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları hökumətin dəyişməsini də tələb edirlər.