İmereti, Raça-Leçxumi və Kvemo-Svaneti Polis Departamentinin direktoru vəzifəsinə Besik Amiranaşvili təyin edildi
İmereti, Raça-Leçxumi və Kvemo-Svaneti Polis Departamentinin direktoru vəzifəsinə Besik Amiranaşvili təyin edildi

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo-Svaneti Polis Departamentinin direktoru vəzifəsinə Besik Amiranaşvili təyin edildi.

Besik Amiranaşvili öz səlahiyyətlərini icra etməyə artıq başlayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Besik Amiranaşvili Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

Ən son isə, Daxili İşlər Nazirliyinin birinci müavini idi.

Amiranaşvili 2007-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakultəsini bitirib.