Imagine Dragons Gürcüstanda konsert keçirəcək
Imagine Dragons Gürcüstanda konsert keçirəcək

Məşhur amerikan rok-qruplarından biri olan Imagine Dragons Gürcüstanda konsert keçirəcək.

Bu barədə  məlumatı Fix Group yayır.

Layihənin meneceri İrakli Koberidzenin dediyinə görə, honorarla bağlı razılşmaya nail olunub və sadəcə konsertin keçiriləcəyi gün dəqiqləşdiriləcək. Şirkət qrupa iki yer təklif etdi və qrup meneceri tərəfindən təsdiqlənməsini gözləyir.

Konsertin keçiriləcəyi mekanın seçilməsindən sonra, dəqiq tarixi də bəlli olacaq.

Qrup Gürcüstana Evole World Tour çərçivəsində gələcək.

Geniş miqyaslı tur çərçivəsində, qrup dünyanın müxtəlif qitələrinə səyahət edəcək.

Avropa qitəsində Gürcüstan turnenin keçiriləcəyi son ölkə olacaq.

Qrupun rəsmi veb-səhifəsində Gürcüstan görünmür, ancaq Ukraynadaki konsertlərinin avqustun 31-nə təyin olunduğu qeyd olunub.

Gürcüstana isə, qrup sentyabr ayının əvvəlində gələcək.

Layihənin menecerinin dediyinə görə, konsertin keçiriləcəyi məkan və tarixi haqqında məlumat mayın 1-də keçiriləcək mətbuat konfransında veriləcək.

Amerikalı rok-qrup xüsusi müvəffəqiyyətə 2012-ci ildə çıxardılan Night Visions debyut albomundan sonra nail oldu.