Ilk Respublika Meydanında Şaxta Baba və Santa Klausu qarşılamağa hazırlaşırlar
Tbilisidə, Ilk Respublika Meydanında Şaxta Baba və Santa Klausu qarşılamağa hazırlaşırlar.
Şaxta Baba və Santa Klaus paytaxtın əsas şam ağacının yanına saat 20:00-da gələcəklər.
Tbilisi merinin müavini Sopo Xuntsarianın dediyinə görə, Şaxta Baba və Santa Klausun gəlişi, əsas yeni il şam ağacının işıqlarının yandırılması kimi təntənəli şəkildə qeyd olunacaq.


