İlin sonuna qədər sarı rəngli mikroavtobus parkı yeni mikroavtobuslarla əvəzlənəcək
İlin sonuna qədər sarı mikroavtobus parkı tamamilə yeni mikroavtobuslarla əvəzlənəcək, – Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bu gün keçirilən iclasında bu barədə bildirib.
“Avtobusların yenilənməsi proqramı artıq sona yaxınlaşır və çox yaxında Tbilisidə sarı rəngli avtobuslar hərəkət etməyəcək. Yəqin ki, yaşıl, 8, 10, 12 metrlik avtobusların nə qədər olduğunu görürsünüz, onlar Tbilisi sakinlərinə xidmət edirlər. Həmçinin, mikroavtobusların yenilənməsi və dəyişdirilməsi üçün proqram başlatmışıq. Munisipalitet, ilk 300 ədəd avtobusu satın aldı, şirkətin bu avtobusları geri almaq məcburiyyəti var idi.
Təsdiqlənmiş şəkildə demək istəyirəm ki, iyulun 1-i aldığımız 300 ədəd mikroavtobusun geri alınmasının başa çatacağı tarix idi. Şirkət bu mikroavtobusları aldığımız qiymətə geri aldı ”-deyə Kaxa Kaladze bildirib.
Kaxa Kaladzenin dediyinə görə, Tbilisi Munisipaliteti və şirkət ümumilikdə daha 700 ədəd mikroavtobus alacaq.
“Alınan vəsaitə əlavə mikroavtobuslar almağı planlaşdırırıq. Şirkət əlavə 400 ədəd mikroavtobus almaq məcburiyyətindədir. Ümumilikdə, bu yenilərin sayı 700 ədəddir. Artıq 300-nü almışıq və ümumilikdə ilin sonuna qədər 1000 mikroavtobus paytaxt əhalisinə xidmət göstərəcək. İlin sonunadək şəhərdə köhnə, insanlar üçün öz tüstüsü ilə böyük narahatlıq yaradan sarı rəngli mikroavtobuslar fəaliyyət göstərməyəcək . Nəticədə, havanın çirklənməsində çox böyük payı olan ictimai nəqliyyatın rolu azalacaq, bu problem ilin sonuna qədər həll ediləcək və buna birdəfəlik nöqtə qoyulacaq. İctimai nəqliyyatdan istifadə edən insanlara yeni, nizamlı, rahat ictimai nəqliyyat vasitəsi xidmət göstərəcək . Bu, bizim üçün vacib bir prioritetdir, bu istiqamətdə mühüm islahatlara başlamışıq və bu gələcəkdə də davam edəcək “, – deyə Kaxa Kaladze bildirib.