İlin ən yaxşı idmançılarının mükafatlandırılma mərasimi bu gün keçiriləcək - Birbaşa reportajı Gürcüstanın Birinci Kanalı təqdim edir

Bu gün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-cu ilin yekun tədbirini keçirir.

İlin ən yaxşı idmançılarının mükafatlandırılma mərasimi dövlət mərasimləri sarayında bu gün saat 19:00-da keçiriləcək.

Mükafatlandırma mərasimində ən yaxşılar on nominasiyada təqdim olunacaqlar və  onlara 14 xüsusi priz veriləcək.

Tədbirin birbaşa yayımını saat 19:30-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək.