İlia Topuria Gürcüstan - Lüksemburq matçından əvvəl "Dinamo Arena"da çempionluq kəmərini təqdim edib #1TVSPORT
İlia Topuria Gürcüstan - Lüksemburq matçından əvvəl "Dinamo Arena"da çempionluq kəmərini təqdim edib #1TVSPORT

 
UFC-nin ilk gürcü çempionu İlia Topuria Avropa çempionatının pley-off turunun yarımfinalında Gürcüstan və Lüksemburq komandaları arasında ən vacib matçın başlamasına bir neçə dəqiqə qalmış “Dinamo Arena”da azarkeşlərlə dolu tribunalar qarşısında çempionluq kəmərini təqdim edib.

Prezident Salome Zurabişvili bu gün UFC-nin ilk gürcü çempionu İlia Topurianı “Şərəf” ordeni ilə təltif edib.

“Bu adı almaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanı sıravi bir vətəndaş kimi tərk etdim, bu gün bura sizin yanınıza qayıdaraq belə bir ad alarkən qürur hissi keçirirəm. Belə xoş sözlərə görə sizə təşəkkür etmək istəyirəm. İndi gedəcəyik, Gürcüstan millisinə azarkeşlik edəcəyik və mütləq qalib gələcəyik. Gəldiyiniz üçün hamınıza minnətdaram, yaşasın Gürcüstan” – deyə İlia Topuria “Şərəf” ordeni ilə təltif olunduqdan sonra açıqlayıb.

Xatırladaq ki, İlia Topuria yüngül çəkidə yeni UFC çempionudur. Kəmər uğrunda döyüşdə 27 yaşlı gürcü avstraliyalı əfsanəvi döyüşçü Aleksandr Volkanovskini nokautla məğlub edib.

Qeyd edək ki, bundan əvvəl, fevralın 26-da İspaniya adından da mübarizə aparan gürcü döyüşçü Madridin “Real” futbol komandasının “Santyaqo Bernabeu” arenasında çoxlu sayda futbol və qarışıq döyüş azarkeşinə UFC kəmərini təqdim etmişdi.