İlia Darçiaşvili - Strateji tərəfdaşlarımızla dinamik münasibətlərdə maraqlıyıq
İlia Darçiaşvili - Strateji tərəfdaşlarımızla dinamik münasibətlərdə maraqlıyıq

 
Biz öz məsuliyyətimiz çərçivəsində Gürcüstanın Avrointeqrasiya istiqamətində irəliləməsi üçün hər şeyi edirik- bu haqda xarici işlər naziri İlia Darçiaşvili Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etdiyi Berlində gürcü jurnalistlərə açıqlayıb.

Xarici İşlər Nazirliyinin rəhbəri, Gürcüstan Parlamentinin qalan bütün qanunvericilik paketlərini üçüncü oxunuşda qəbul etməsinin Gürcüstan hökumətinin məsuliyyətinin və münasibətinin ifadəsi olduğunu bildirib.

“Gürcüstan Avropaya inteqrasiya yolunda möhkəm və qətiyyətlə dayanır”- deyə xarici işlər naziri əlavə edib.

Darçiaşvili Gürcüstanla Amerika Birləşmiş Ştatları arasında mövcud münasibətlərdən də danışıb.

O, mediaya verdiyi şərhdə gürcü-Amerika ikitərəfli münasibətlərini əvvəlki səviyyəyə qaytarmağın Gürcüstan hökumətinin strateji marağı olduğunu xüsusilə qeyd edib.

“Ümid edirik ki, bu ikitərəfli münasibətlər qısa müddətdə normallaşacaq və biz ikitərəfli dostluq münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”- İlia Darçiaşvili jurnalistlərə açıqlayıb.