İlia Darçiaşvili - Şəffaflıq qanunu hakimiyyətin islahatlar həyata keçirməsi və xarici siyasi prioritetlərlə düzəliş aparmaq üçün qabaqlayıcı mexanizmdir
İlia Darçiaşvili - Şəffaflıq qanunu hakimiyyətin islahatlar həyata keçirməsi və xarici siyasi prioritetlərlə düzəliş aparmaq üçün qabaqlayıcı mexanizmdir

 

Şəffaflıq qanunu hakimiyyətin islahatlar həyata keçirməsi və xarici siyasi prioritetlərlə düzəliş aparmaq üçün qabaqlayıcı mexanizmdir -bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

İlia Darçiaşviliyə Kanadada şəffaflıq qanununun sürətləndirilmiş qaydada qəbulu ilə bağlı sual ünvanlanıb.

Darçiaşvilinin sözlərinə görə, şəffaflıq qanununun qəbul edilməsinin əsası Gürcüstanın üzləşdiyi çağırışları aradan qaldırmaqdır.

“Biz bu qanundan danışanda hər zaman birmənalı olaraq onun qəbul edilməsinin əsasının nə olması, bu istiqamətdə addımların atılmasını nəyin şərtləndirdiyi barədə danışırıq. Gürcüstanın bu istiqamətdə çağırışları var. Qanun ölkənin bu çətin dövrdən dinc, sülh içində, ardıcıl şəkildə keçməsi, seçkilərə çatmağımız, Gürcüstan əhalisinin öz seçimini etməsi və ölkənin hakimiyyətin islahatlar apara biləcəyi rejimdə yaşaması və məqsədimiz olan xarici siyasi prioritetlərlə düzəliş aparmaq üçün qabaqlayıcı mexanizmdir”-İlia Darçiaşvili qeyd edib.