İlia Darçiaşvili - Qəbuledilməz və xoşagəlməz müzakirələrə baxmayaraq, bizi mütləq Avropa İttifaqına üzvlüyə aparacaq öz qanunvericilik yolumuz var
İlia Darçiaşvili - Qəbuledilməz və xoşagəlməz müzakirələrə baxmayaraq, bizi mütləq Avropa İttifaqına üzvlüyə aparacaq öz qanunvericilik yolumuz var

 
Gürcüstan birmənalı olaraq öz xarici siyasət prioritetlərinə sadiqdir- bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

Avropa İttifaqının səfirinin Moldova-Ukrayna ilə üzvlük danışıqlarında irəliləyiş fonunda Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayanmasından məyus olduğunu bildirən Pavel Herçinskinin bəyanatı haqda ünvanlanmış suala cavabında İlia Darçiaşvili bildirib ki, qəbuledilməz və xoşagəlməz müzakirələrə baxmayaraq, Gürcüstanı Avropa İttifaqına üzvlüyə aparacaq öz qanunvericilik yolu var.

“Təəssüf ki, Gürcüstanın namizəd statusu almaması və bunun, il yarımdan sonra baş verməsi bizi də məyus etdi, lakin mən birmənalı olaraq demək istəyirəm ki, Gürcüstan birmənalı olaraq öz xarici siyasət prioritetlərinə sadiqdir. İçərisində olduğumuz, bizim üçün qəbuledilməz, xoşagəlməz və qulaq asılması xoş olmayan müzakirələrə baxmayaraq, biz qanunvericilik təşəbbüsləri üzərində işləməyə davam edirik, bizi mütləq Avropa İttifaqı ailəsinə üzvlüyə aparacaq öz qanunvericilik yolumuz var”- İlia Darçiaşvili qeyd edib.

Avropa İttifaqının səfiri Pavel Herçinski dünən bəyan edib: “Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesi praktiki olaraq dayandırılıb, dondurulub və eyni zamanda, biz Ukrayna və Moldova ilə irəliləyirik”.