İlia Darçiaşvili - Oliver Varheiyə parlamentin müzakirəni geniş iştirakla davam etdirməyə çalışacağına və Gürcüstanın yaxın aylarda tövsiyələr üzərində işi başa çatdıracağına dair hazır olduğumuzu çatdırdıq
İlia Darçiaşvili - Oliver Varheiyə parlamentin müzakirəni geniş iştirakla davam etdirməyə çalışacağına və Gürcüstanın yaxın aylarda tövsiyələr üzərində işi başa çatdıracağına dair hazır olduğumuzu çatdırdıq

 

Genişlənmə üzrə Avropa komissarı Oliver Varheiyə Gürcüstan parlamentinin, hakim komandanın bütün iştirakçıların iştirakı ilə müzakirəni davam etdirməyə çalışacağına və Gürcüstanın tövsiyələr üzərində işi mümkün qədər tez, yaxın aylarda başa çatdıracağına dair hazırlığımızı çatdırdıq- bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Brüsseldə jurnalistlərə açıqlayıb.

Gürcüstanın XİN rəhbəri Brüsselə səfərin birinci hissəsinin Avropa Komissiyasında görüşləri, ikinci hissəsinin isə NATO-Gürcüstan Komissiyasının iclasını əhatə etdiyini bildirib.

“İlk növbədə qeyd etmək istərdim ki, bu il Brüsselə ilk səfərimdir. Səfər iki hissədən ibarətdir: birinci hissə mənim Avropa Komissiyasında həm komissarlarla, həm də digər məsul şəxslərlə görüşlərimə həsr olunub, səfərin ikinci hissəsi isə həftənin ikinci yarısında baş tutacaq Gürcüstan-NATO komissiyasıdır.

Görüşlərə bu gün başladım, genişlənmə üzrə komissar cənab Varhei ilə çox maraqlı görüş keçirdim. Biz onu həyata keçirilən, artıq başa çatmış islahatlar haqqında məlumatlandırdıq. Venesiya Komissiyasından aldığımız tövsiyələr haqqında söhbət etmək imkanımız da oldu. Bu məsələ, təbii ki, davam edəcək, artıq parlamentdə bu konkret tövsiyələr ətrafında siyasi proses gedir. Genişlənmə üzrə Avropa komissarı Oliver Varheiyə Gürcüstan parlamentinin, hakim komandanın bütün iştirakçıların iştirakı ilə müzakirəni davam etdirməyə çalışacağına və Gürcüstanın tövsiyələr üzərində işi mümkün qədər tez, yaxın aylarda başa çatdıracağına dair hazırlığımızı çatdırdıq”- deyə Xarici İşlər Nazirliyinin rəhbəri açıqlayıb.

O, öz növbəsində Avropa komissarından ənənəvi dəstək mesajları aldıqlarını bildirib.

“Görülən işlərlə bağlı məlumatları tam şəkildə komissarla paylaşdıq. Təbii ki, biz ondan ənənəvi olaraq olduqca dəstəkləyici mesajlar aldıq və ayrıca onun görülən işlərin təfərrüatları və gələcək planlarla çox maraqlandığını qeyd etmək istərdim”- deyə İlia Darçiaşvili açıqlayıb.