İlia Darçiaşvili Lüksemburq Böyük Hersoqluğunun vitse-baş naziri Ksavye Bettelin dəvəti ilə qeyri-rəsmi görüşdə iştirak edirdi
İlia Darçiaşvili Lüksemburq Böyük Hersoqluğunun vitse-baş naziri Ksavye Bettelin dəvəti ilə qeyri-rəsmi görüşdə iştirak edirdi

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Lüksemburq Böyük Hersoqluğunun vitse-baş naziri, xarici işlər naziri Ksavye Bettelin dəvəti və onun təşəbbüsü ilə keçirilən qeyri-rəsmi tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyinin məlumatında, qeyri-rəsmi görüşdə Avropa İttifaqına üzv, tərəfdaş və namizəd ölkələrin xarici işlər nazirlərinin də iştirak etdiyi deyilir.

“Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili həmkarları ilə danışıqlar aparmaq və onları Gürcüstanın Avropaya inteqrasiyasının gündəliyi və tövsiyələrin yerinə yetirilməsi dinamikası haqda məlumatlandırmaq imkanı əldə edib.

Həmçinin, tədbirdə iştirak edən xarici işlər nazirləri Lüksemburqun böyük hersoqu Anri ilə görüşüblər.

Lüksemburq monarxının sarayı görüşə sosial şəbəkədə münasibət bildirib”- Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.