İlia Darçiaşvili Çinin Hakim Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çou və nümayəndə heyətinin üzvləri ilə görüşüb
İlia Darçiaşvili Çinin Hakim Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çou və nümayəndə heyətinin üzvləri ilə görüşüb

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Çin Xalq Respublikasının Hakim Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çou və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda, tərəflərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən siyasi, ticarət-iqtisadi, turizm, mədəni-humanitar və xalqlar arasında əlaqələr sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə etdikləri deyilir.
İki ölkə arasında ikitərəfli münasibətlərdə yüksək dinamika və sıx tərəfdaşlıq müsbət qiymətləndirilib.

Nazirlikdən verilmiş məlumata əsasən, Gürcüstan və Çin arasında ötən il qurulmuş strateji tərəfdaşlıq nəticəsində yaranmış yeni imkanlardan tam istifadənin vacibliyinə diqqət yetirilib, 2024-cü ilin aprelin 10-da imzalanmış vizasız rejimin qəbulu haqqında razılaşma bunun bariz nəticələrindən biridir.

Çin tərəfi Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. İlia Darçiaşvili öz növbəsində Gürcüstanın “Vahid Çin” prinsipinin dəstəklənməsinə dair qəti və ardıcıl mövqeyini vurğulayıb.