İlia Darçiaşvili - İrakli Kobaxidze ilə Türkiyənin Prezidentinin görüşündə iki ölkənin strateji maraqlarını birləşdirən məsələlər müzakirə ediləcək
İlia Darçiaşvili - İrakli Kobaxidze ilə Türkiyənin Prezidentinin görüşündə iki ölkənin strateji maraqlarını birləşdirən məsələlər müzakirə ediləcək

 
Hökumət başçısı Türkiyə Respublikasının Prezidenti ilə görüşəcək və iki ölkənin, bizim strateji maraqlarımızı birləşdirən məsələlər müzakirə ediləcək – bu haqda baş nazir İrakli Kobaxidzenin nümayəndə heyətinin tərkibində Ankarada olan Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.

Nazir, Türkiyənin Gürcüstan üçün strateji tərəfdaş olduğunu və hökumət başçısının səfərinin ölkələr arasında sıx münasibətlərə güclü təkan verəcəyini bildirib.

“Türkiyə Respublikası bizim xüsusi dostumuzdur, Gürcüstan üçün strateji tərəfdaş ölkədir. Bizim hakimiyyətlər və hökumətlər arasında olduqca güclü, sıx, dostluq münasibətlərimiz var, eləcə də xalqlar arasında münasibətlərimiz xüsusidir.

Gürcüstanın Baş naziri ilk dəfədir, Ankarada rəsmi səfərdədir. Hökumət başçısının Türkiyə Respublikasının Prezidenti ilə görüşü olacaq və iki ölkənin, bizim strateji maraqlarımızı birləşdirən məsələlər müzakirə ediləcək. Əminəm ki, bu səfər mütləq olduqca güclü və möhkəm təkan gətirəcək”- deyə İlia Darçiaşvili açıqlayıb.