İlia Darçiaşvili -Çağırışlar və bir çox hallarda ədalətsiz qiymətləndirmələrə baxmayaraq, əhali Gürcüstanın ardıcıl olaraq Avropaya inteqrasiya yolunu davam etdirdiyini görür
Çağırışlar və bir çox hallarda ədalətsiz qiymətləndirmələrə baxmayaraq, əhali Gürcüstanın ardıcıl olaraq Avropa və Avro-Atlantik inteqrasiya yolunu davam etdirdiyini görür -bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.
O bildirib ki, Gürcüstanın yeri Avropadadır və “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Avropaya inteqrasiya prosesi dönməzdir.
“Bizim iki əsas xarici siyasət prioritetimiz var. Bu, bizim Avropa və Avro-Atlantik inteqrasiyamızdır və biz bu istiqamətdə ardıcıl, gündəlik rejimdə işləyirik. Xarici siyasi prioritetlərlə bağlı daha konkret ola bilmərik. Çağırışlar və bir çox hallarda ədalətsiz qiymətləndirmələrə baxmayaraq, əhalimiz Gürcüstanın bu yolu ardıcıl olaraq davam etdirdiyini görür. Bu, bizim gələcəyimizdir və gələcəkdə də davam edəcək bu prosesi dönməz edən məhz hakimiyyətimiz oldu. Gürcüstanın yeri Avropa ailəsindədir və bizim hakimiyyətimiz şəraitində bu real olaraq baş verir”- Darçiaşvili qeyd edib.