İlia Darçiaşvili - azadlığımız uğrunda, işğala son qoymaq üçün qəhrəmancasına həlak olanları yad edirik, abxaz və osetin soydaşlarımızla körpüləri bərpa etmək üçün Gürcüstanın sülh səyləri davam edir
İlia Darçiaşvili - azadlığımız uğrunda, işğala son qoymaq üçün qəhrəmancasına həlak olanları yad edirik, abxaz və osetin soydaşlarımızla körpüləri bərpa etmək üçün Gürcüstanın sülh səyləri davam edir

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili “Twitter” sosial şəbəkəsində avqust müharibəsinin 14-cü ildönümünə münasibət bildirir.

O, Gürcüstanın Rusiya işğalına son qoymaq və abxaz və osetin həmvətənlərlə körpüləri bərpa etmək üçün sülh səylərini davam etdirdiyini bildirir.

“Bu gün Rusiyanın Gürcüstana hərbi təcavüzündən 14 il keçir. Azadlığımız uğrunda qəhrəmancasına həlak olanları hörmətlə anırıq. Gürcüstanın rus işğalına son qoymaq və abxaz və osetin soydaşlarımızla körpüləri bərpa etmək üçün səyləri davam edir”-deyə Darçiaşvili yazır.