İlia Darçiaşvili - Avropa İttifaqına üzvlük hədəfinə mütləq nail olunacaq, Gürcüstanın gələcəyi Avropa İttifaqındadır və onun alternativi yoxdur
İlia Darçiaşvili - Avropa İttifaqına üzvlük hədəfinə mütləq nail olunacaq, Gürcüstanın gələcəyi Avropa İttifaqındadır və onun alternativi yoxdur

 
Bu gün Avropa İttifaqına üzv və namizəd ölkələrin vətəndaşlarının birlik və dinc yanaşı yaşayışı qeyd etdiyi gün-Avropa Günüdür-bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Avropa Günü ilə bağlı sosial şəbəkədə yazır.

“Bugünkü gün bir çox ölkəni vahid dəyər ətrafında birləşdirir və sülhün möhkəmləndirilməsi, institusional inkişaf, iqtisadi rifahın təşviqi və inklüziv və tolerant cəmiyyətin qurulması istiqamətində ümumi nailiyyətləri xatırladır.

Xarici siyasətimizin əsas prioriteti olan Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da məhz bu ümumi dəyərlərə əsaslanır. Üstəlik, Gürcüstanın hazırkı hakimiyyəti Avropa İttifaqına üzvlüyü öz konstitusion öhdəliyi kimi qəbul edib.

Avropa İttifaqına üzvlük hədəfinə mütləq nail olunacaq. 2023-cü ilin dekabrın 14-də ölkəmizə Avropa İttifaqı ilə əlaqələrimizi yeni strateji səviyyəyə qaldıran və Gürcüstanın Avropaya inteqrasiyasını dönməz prosesə çevirən namizəd statusunun verilməsi bu yolda irəliyə doğru atılan ən mühüm addım olub.

Gürcüstanın gələcəyi Avropa İttifaqındadır və onun alternativi yoxdur. Biz hərtərəfli, gələcəyə köklənmiş Avropa islahatlar gündəliyini həyata keçirməyə davam edəcəyik və Gürcüstanın Avropaya inteqrasiya prosesinin uğurla başa çatacağına qətiyyətlə inanırıq, bu da Gürcüstanın demokratik Avropa dövləti kimi tanınmasına bərabərdir.

Bizim üçün xalqlar arasında ahəngdar münasibətlərin, qarşılıqlı hörmətin və əməkdaşlığın rəmzi olan Avropa Günü münasibətilə sizi bir daha təbrik edirəm!”- İlia Darçiaşvili qeyd edir.