İlham Əliyev Moskvaya səfər edib
İlham Əliyev Moskvaya səfər edib

 
Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər edib. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Rus mediasının Kremlə istinadən yazdığı üzrə, İlham Əliyev və Vladimir Putin ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə edəcəklər.

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Azərbaycanı Rusiyanın böyük dostu, qonşusu, tərəfdaşı və müttəfiqi adlandırıb.

“Bizim çoxlu ortaq maraqlarımız, böyük əməkdaşlıq potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hər cür davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdən siyasi iradə var” – Peskov açıqlayıb.

Rus mediası, Putin və Əliyevin Baykal-Amur avtomobil yolunun veteran inşaatçıları və dəmiryolçularla da görüşəcəkləri haqda məlumat verir. Görüş sözügedən avtomobil yolunun tikintisinə başlanmasının 50 illiyi ilə əlaqədardır. Heydər Əliyev Sovet İttifaqı dövründə sözügedən tikintiyə rəhbərlik etmişdir.