İlham Əliyev - Hörmətli Baş nazir, Şovidə baş vermiş faciə ilə bağlı dərdinizi bölüşür, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk
İlham Əliyev - Hörmətli Baş nazir, Şovidə baş vermiş faciə ilə bağlı dərdinizi bölüşür, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk

Azərbaycan Prezidenti İlham Əliyev Şovidə baş vermiş təbii fəlakətlə əlaqədar Gürcüstanın Baş nazirinə başsağlığı verib.

“Hörmətli Baş nazir, Şovi kurort ərazisində güclü torpaq sürüşməsi nəticəsində geniş miqyaslı dağıntılar və insan tələfatı barədə xəbərlərdən son dərəcə kədərləndik.

Bu faciə ilə bağlı ağrınızı bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk. Xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin törətdiyi fəsadların tezliklə aradan qaldırılmasını arzulayıram”, – İlham Əliyevin başsağlığı məktubunda deyilir.