İlham Əliyev - heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!
İlham Əliyev - heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

 
Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir – bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistanın öz aralarında olan problemləri həll edəcəyi, sülh sazişi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin gələcək üçtərəfli əməkdaşlıq formatı üzərində işləməyə başlayacağı gün uzaqda deyil.

“Həmçinin, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”-deyə Əliyev bildirib.