İlham Əliyev - beş gün əvvəl Azərbaycan öz suverenliyini tam bərpa etdi
İlham Əliyev - beş gün əvvəl Azərbaycan öz suverenliyini tam bərpa etdi

 
Beş gün əvvəl Azərbaycan öz suverenliyini tam bərpa etdi-bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bəyanat verib. İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bu haqda danışıb.

“Üç il əvvəl ikinci Qarabağ müharibəsi nəticəsində işğala son qoymaqla, 2023-cü ilin aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsi təşkil etməklə ərazi bütövlüyümüzü , beş gün əvvəl isə biz öz suverenliyimizi tam bərpa etdik” – deyə Əliyev açıqlayıb.

Əliyev həmçinin qeyd edib ki, “Qarabağ ermənilərinin reinteqrasiya prosesinin uğuruna əmindir”. Azərbaycan Prezidenti Qarabağ sakinlərinin etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşları olduğunu söyləyib.

Əliyev Ərdoğanla görüşdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə yeni təkan verəcək Iğdır-Naxçıvan qaz kəməri layihəsi barədə də danışıb.