Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta və Tbilisi Arxiepiskopu, Pitsunda və Tsxum-Abxaziya mitropoliti, pak və müqəddəs İkinci İlianın bu gün 87 yaşı tamam oldu.
İkinci İlia (İrakli Ğuduşauri-Şiolaşvili) 1933-cü ildə, yanvarın 4-də, Vladikavkazda anadan olub. 1952-ci ildə, Vladikavkazın 22-ci orta məktəbini bitirib, Moskva seminariyasına daxil olub və daha sonra Moskvanın dini akademiyasında təhsilinə davam edib.
1957-ci ildə, ikinci kurs tələbəsi olarkən, Katolikos-Patriarx Melxisedek üçüncünün dəstəyi ilə, İerodyakon oldu, 1959-cu ildə isə, İero-keşiş (rahib) oldu.
1960-cı ildə Moskva dini akademiyasını bitirdi.
1961-cı ildə İqumen oldu, daha sonra isə, arximandrit.
1963-1972-ci illərdə Mtsxeta dini seminariyasının rektoru idi.
1967-ci ildə, Abxaziya Yeparxiyasına köçürüldü.
1977-ci ilin dekabrın 23-də, Katolikos-Patriarx David beşincinin vəfatından sonra, Bütün Gürcüstanın Katolikos-Patriarxı seçildi. Eyni ildə, onun intronizasiyası keçirildi.