İkinci İlianın 85 yaşı tamam oldu
İkinci İlianın 85 yaşı tamam oldu

Gürcüstanın Katalikos-Patriarxı İkinci İlianın 85 yaşı tamam oldu.

İkinci İlianın yubileyi ilə bağlı hərhansı bayram tədbirləri bugün planlaşdırılmayıb.

Patriarx İkinci İlia, – Mtsxeta-Tbilisinin baş episkopu və Biçvinta və Sxum-Abxaziyanın mitropoliti, İrakli Şiolaşvili, 1933-cü ilin yanvarın 4-də Vladikavkazda anadan olub.

1952-ci ildə Vladikavkazın 22 saylı məktəbini bitirdikdən sonra, təhsilinə Moskvanın din seminariyasında davam etdi. 1960-cı ildə Moskva Teoloji Akademiyasının bitirdi.

1957-ci ildə İrakli Şiolaşvili keşiş oldu və dini adı İlia oldu.

1963-1972-ci illərdə Mtsxeta teoloji akademiyasının birinci rektoru oldu.

1977-ci ilin dekabrın 23-də, 12-ci yerli iclasda, mitropolit İlia bütün Gürcüstanın Katolikos-Patriarxı seçildi.

Həmin ilik dekabrın 25-də onun intronizasiyası keçirildi.

2017-ci ilin dekabrın 25-də İkinci İlianın patriarxlığının 40 ili tamam oldu.