İkinci İlia Rusiya Patriarxına müraciət edir - Müvafiq orqanlarla vasitəçilik edin ki, Arçil Tatunaşvilinin cəsədi ailəsinə vaxtında qaytarılsın
İkinci İlia Rusiya Patriarxına müraciət edir - Müvafiq orqanlarla vasitəçilik edin ki, Arçil Tatunaşvilinin cəsədi ailəsinə vaxtında qaytarılsın

Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia, işğal altında olan Sxinvalidə həbs edildikdən sonra ölən Arçil Tatunaşvilinin cəsədinin ailəsinə verilməsi məsələsi ilə bağlı, Rusiya Patriarxına müraciət etdi.

Rusiya Patriaxına göndərilən məktub Gürcüstan Patriarxlığının veb-səhifəsində yayıldı.

“Sizə Xristos qardaşlığı sevgisi ilə, bu günlərdə Sxinvalidə həbs edildikdən sonra ölən Arçil Tatunaşvilinin ailəsinin xahişi ilə müraciət edirəm.

Bizi narahat edən fakt odur ki, bir həftədən artıqdır ki, ölən gəncin cəsədi ailəsinə verilmir və ailəsi onu ləyaqətli şəkildə, xristian qaydası ilə torpağa verə bilmir.

Bilirik ki, belə məsələlərin həlli sizin səlahiyyətinizə daxil deyil, ancaq, sizdən xahiş edirəm, öz yüksək nüfuzunuzdan istifadə edərək, müvafiq orqanlarla vasitəçilik edin ki, Arçil Tatunaşvilinin cəsədi ailəsinə verilsin.

Sizin tərəfinizdən bu böyük təsəlli və yardım olacaq, necə ölənin ailəsi, eləcədə bizim üçün” – deyilir Patriarxın məktubunda.