İkinci İlia - Mənim anlayışımla, müxalifət olmaq, hərşeyi tənqid etmək demək deyildir

“Müxalifət iqtidara yardım etməlidir ki, xalq üçün edə bilmədikləri xeyirli işləri ona göstərsin və yadına salsın” – bu sözləri İkinci İlia öz 40 illik patriarxlıq yubileyinə həsr olunan axşam yeməyində dedi.

Patriarxın yubileyinə həsr olunan axşam yeməyində dini şəxslər və iqtidar nümayəndələri də iştirak edirdilər.

“Yəqin ki, mən müxalifətin nə olduğunu başqa cür bilirəm. Məncə müxalifət iqtidarın hər qərarının tənqid etmək üçün deyil, onun edə bilmədiklərini xatırlatmaq üçündür. Müxalifət və iqtidar bir-birinə hörmət etməlidir. Tanrı iqtidarı da qorusun, müxalifəti də. Tanrı Gürcüstanı qorusun” – dedi İkinci İlia.

Patriarxın bu sözləri dediyi video “Feisbuk” vasitəsi ilə yayıldı.