İkinci İlia gürcü emiqrantlarını qəbul etdi - "Vətən ana kimi şirindir"
Gürcüstanın Katolikos Patriarxı, pak və müqəddəs İkinci İlia xaricdə yaşayan gürcü emiqrantlarını qəbul etdi.
Gürcüstan patriarxlığının məlumatına görə, tədbir “Diaspora evi” təşkilatının təşəbbüsü ilə keçirildi və onda Amerikada, Kanadada, İspaniyada, Almaniyada, Yunanistanda və digər ölkələrdə yaşayan gürcülər iştirak edirdilər.
Emiqrantlar İkinci İliaya onları qəbul etdiyi təşəkkür etdilər və bildirdilər ki, xaricdə olan bazar günü din məktəbləri və digər tədbirlər onlara vətənlə əlaqə saxlamağa yardımçı olurlar.
“Vətən şirindir, ana kimi şirindir. Siz bilməlisiniz ki, vətən sizi gözləyir. Tanrı sizi hər olduğunuz yerdə xöşbəxt etsin” – deyə dualar etdi İkinci İlia.