İkinci İlia Arçil Tatunaşvilinin cəsədinin vətəninə qaytarılması üçün Rusiya Patriaxına müraciət edəcək
İkinci İlia Arçil Tatunaşvilinin cəsədinin vətəninə qaytarılması üçün Rusiya Patriaxına müraciət edəcək

Arçil Tatunaşvilinin cəsədinin işğal edilmiş Sxinvalidən gətirilməsi xahişi ilə İkinci İlia Rusiya Patriarxına məktub göndərəcək, – bu barədə bəyanatı patriarxlıqdan çıxdıqdan sonra patriarxın xeyriyyə fondunun rəhbəri Laşa Jvania verdi.

Arçil Tatunaşvilinin ailə üzvləri də patriarxla görüşdülər.

Laşa Jvanianın dediyinə görə, məktub göndərildikdən sonra, patriarxlıq Rusiyadan telefon zəngləri gözləyəcək.