İctimai yerlərdə üç nəfərin yığılması üçün qadağan aradan qaldırıldı, on nəfərin yığılması üçün qadağan isə, qüvvədə qalır
Koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, ictimai yerlərdə üç nəfərin yığılması üçün qadağan aradan qaldırıldı, on nəfərin yığılması üçün qadağan isə, qüvvədə qalır.
Gürcüstanın iqtidar administrasiyasında bəyan edirlər ki, avtonəqliyyat vasitələri ilə hərəkət etmə qaydaları hələdə qüvvədə qalır. Yəni sürücü daxil olmaqla, üç nəfərdən artıq insanın bir avtomobildə hərəkət etməsi qadağandır.
Bugündən etibarən Gürcüstan iqtidarının qərarı ilə, gözəllik salonları və estetik mərkəzləri açılacaq.