İctimai Yayımçının Qəyyumlar Şurası diplomatik korpusun nümayəndələri ilə görüşləri davam etdirir
İctimai Yayımçının Qəyyumlar Şurası diplomatik korpusun nümayəndələri ilə görüşləri davam etdirir.
Bu gün Qəyyumlar Şurasının sədri İrina Putkaradze və şuranın üzvü Bela Osipova İsrail Dövlətinin Gürcüstandakı səfiri Ran Qidor ilə görüşüb.
Görüşdə İctimai Yayımçının missiyası və ölkənin demokratik quruculuğu prosesindəki rolu müzakirə olunub.
İsrail səfiri Ran Qidor və şuranın nümayəndələri görüşdə, texniki və institusional məsələləri əhatə edəcək gələcək əməkdaşlıq haqqında razılığa gəliblər.

