İctimai Yayımçının Qəyyumlar Şurası kanalın baş direktorunu bugün seçəcək
İctimai Yayımçının Qəyyumlar Şurası kanalın baş direktorunu bugün seçəcək

İctimai Yayımçının Qəyyumlar Şurası kanalın yeni baş direktorunu, ikinci tura keçən namizədlər arasında bugün seçəcəklər.

Səs vermə bugün saat 15:00-də keçiriləcək.

Baş direktor vəzifəsinə elan edilən müsabiqənin ikinci turuna keçən namizədlərlə qəyyumlar şurası dünən söhbət etdi.

Namizədlərlə müsahibə Birinci Kanalın onlayn-platformasında birbaşa translyasiya edildi.

İkinci tura Tinatin Berdzenişvili, İrma Soxadze, Xatuna Laqazidze və Aleksandre Vaxtanqov keçdilər.

Bununla yanaşı, Aleksandre Vaxtanqov müsahibənin sonunda bəyan etdi ki, namizədliyini geri çəkir.

Birinci Kanalın baş direktorluğu vəzifəsi üçün sentyabrıın 17-də elan edilən müsabiqədə səkkiz namizəd iştirak edirdi.