İctimai Yayımçı ilə Gürcüstan parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb
İctimai Yayımçı ilə Gürcüstan parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb

 
İctimai Yayımçı ilə Gürcüstan parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanmış sənədə əsasən, Gürcüstan Parlamenti ilə İctimai Yayımçı parlament tərəfindən parlament kanalının fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq edəcəklər, bu da əsasnamədə nəzərdə tutulan, məzmunu, vaxtı və müddətinə parlamentin cavavbdeh olduğu, İctimai Yayımçının isə birbaşa translasiyanın çatımlılığını təmin edəcəyi parlament tədbirlərinin translasiyası mənasına gəlir.

Avropanın müxtəlif ölkələrinin parlamentləri və ictimai yayımçıları müxtəlif üsullarla əməkdaşlıq edirlər, qanunverici orqan və onun fəaliyyəti haqqında məlumatların əhaliyə çatdırılmasını təmin edirlər.

Ali qanunverici orqan ilə İctimai Yayımçı arasında bu cür əməkdaşlıq vacib və tamaşaçılar üçün aktual məsələlərlə bağlı ilkin mənbədən birbaşa məlumat almağa imkan verir.