İctimai Yayımçı Almaniyanın aparıcı Universiteti LMU tərəfindən rəsmi olaraq, sertifikatlandırıldı
İctimai Yayımçı 2018-ci ildə, Almaniyanın aparıcı Lyudviq Maksimilian Universiteti LMU tərəfindən rəsmi olaraq, sertifikatlandırıldı.
Qeyd olunan Universitet 2016-cı ildə Britaniyada keçirilən Times Higher Education World University Ranking– tədqiqatının nəticələrinə əsasən, Avropanın ən nüfuzlu Universitetlərinin 20-liyində 10-cu yer aldı.
LMU-nun Komunikasiya və Medya Tədqiqatı Departamenti (IfKW) requlyar olaraq, Universitetin standartlarını qane edən və tələbələrin praktika ala biləcəyi müxtəlif şirkətlərin və institusiyalarının siyahısnı yayır. Məhz bu siyahıya bu il Gürcüstanın İctimai Yayımçısı da daxil edildi.

