İctimai toplaşma məkanlarının məcburi sığortalanması bügündən qüvvəyə minəcək

Kütləvi toplaşma obyektlərinin sahibləri tərəfindən üçüncü şəxslərin qarşısında vətəndaş məsuliyyəti üçün məcburi sığortalama martın birindən qüvvəyə mindi.

İqtidarın 2017-ci ilin dekabrın 28-də verdiyi qərarına əsasən, ictimai toplaşma obyektlərinin sahibləri aşağıda sadalanan obyektləri sığortalatmalıdırlar:

Ticarət mərkəzi, bazar (kənd təsərrüfatı məhsullarının realizasiyası üçün nəzərədə tutulan ticarət zonası istisnadır);

Yanacaq doldurma stansiyası və 100-dən artıq yeri olan mehmanxana, istirahət evi.

Qərara əsasən, ticarət mərkəzlərində baş verən qəza nəticəsində vurulan zərərin sığortasının limiti 300 000 laridir;

Dövlət sığorta nəzarəti xidmətinin rəhbəri Kote Sulamanidzenin bəyanatına görə, dünya praktikasında heçkəsi öz malını sığortalatmağa məcbur etmək praktikası yoxdur, ancaq əgər sənin fəaliyyətindən dolayı üçüncü şəxsələrə zərər verilirsə, o üçüncü şəxs sığortalanmalıdır.

Onun dediyinə görə, ticarət mərkəzinin ərazisində işləyən şəxs, yanğın təhlükəsizliyi və digər infrastruktur mövzuları haqqında qayğı göstərməyə məcburiyyəti olan subyekt deyil.