II İlia - bu gün biz Gürcüstan üçün dua edirik, gələcəyi seçirik, ümidliyik
Yerli özünü idarəetmə seçkilərinin ikinci turunda Ümumi Gürcüstanın katolikos-patriarxı II İlia öz seçimini edib.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, Gürcüstan kilsəsinin rəhbəri daşınan qutudan istifadə edərək Patriarxlıq İqamətgahında səs verib.
“Bu gün biz Gürcüstan üçün dua edirik, bu gün gələcəyi seçirik. Biz ümidliyik. Tanrı Gürcüstanı qorusun və gücləndirsin. Biz gələcəyə ümidlə baxırıq. Tanrı sizi qorusun”-deyə katolikos-patriarx bildirib.